Tovuzda "06" su kanalına düşüb - VİDEO
Qəzalar
22 Noyabr 2025 23:30
Oxunub 412

Tovuz rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil su kanalına düşüb. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Düz Cırdaxan kəndində qeydə alınıb. "VAZ 2106" markalı avtomobil kanala düşüb. Hadisə yerinə Tovuz rayon Fövqalədə Hallar Nazirliyinin (FHN) xüsusi xilasetmə qrupunun əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
ŞƏRH YAZ














