Banner

Tovuzda ağır qəza: Üç nəfər xəstəxanalıq oldu, birinin vəziyyəti ağırdı - VİDEO

Qəzalar 21 Mart 2021 10:09 Oxunub 2020
Tovuzda ağır qəza:  Üç nəfər xəstəxanalıq oldu, birinin vəziyyəti ağırdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuzda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV-nin qərb müxbiri xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində olub.

Qəza nəticəsində “Changan” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşublar.

Toqquşmanın təsiri ilə “VAZ 2106” əsaslı dərəcədə deformasiyaya uğrayıb. Avtomobildə olan üç nəfər isə yaralanıb.

Təcili xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyəti ağırdır. Digər ikisi isə ambulator müalicə üçün xəstəxanadan evə buraxılıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh