Tovuzda ağır qəzada xəsarət alanların adları məlum olub - TƏFƏRRÜAT

Tovuz rayonunda iki avtomobil toqquşub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Tovuz rayon sakini, 1965-ci il təvəllüdlü Sarıyev Azər Mahmud oğlunun idarə etdiyi "VAZ-2106 " markalı avtomobil qarşı tərəfdən gələn Gədəbəy rayon sakini, 1956-cı il təvəllüdlü Abdullayev Vilayət Qəşəm oğlunun idarə etdiyi "BMW" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və "VAZ"-da olan sürücünün həyat yoldaşı, 1970-ci il təvəllüdlü Sarıyeva Şəhla Dəmir qızı, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1967-ci il təvəllüdlü Sarıyeva Mahirə Cahangir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. M.Sarıyevanın vəziyyətinin ağır olduğu bildirilir. Yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsində müalicəsi davam etdirilir. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Qeyd edək ki, qəza zamanı 4 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












