Banner

Tovuzda avtomobil AŞDI: Bir ailənin dörd üzvü xəsarət aldı - YENİLƏNİB

Qəzalar 1 Sentyabr 2025 15:20 Oxunub 436
Tovuzda avtomobil AŞDI:  Bir ailənin dörd üzvü xəsarət aldı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 31-i, saat 17:00-da Tovuz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (üç kişi, bir qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müştərək travma, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozları təyin olunan şəxslərə zəruri ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunublar", - deyə məlumatda bildirilir.

***09:53

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir ailənin 4 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1987-ci il təvəllüdlü İ.İsmayılov, 1988-ci il təvəllüdlü Ş.İsmayılova,2023-cü il təvəllüdlü C.İsmayılov və 2017-ci il təvəllüdlü Z.İsmayılovdur.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh