Tovuzda baş vermiş yol qəzasında 6 nəfər xəsarət alıb
Qəzalar
19 Mart 2017 10:16

Yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır
Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən "VAZ-21011" markalı avtomobil "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və 4 sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Tovuz rayon Mərkəzi Xəstəxanasında "Report"un Qərb bürosuna verilən məlumata görə, yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır. Onlardan biri qadındır. Hazırda Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır, yaralıların kimliyi və qəzanın dəqiq səbəbləri araşdırılır.
Oxunub : 1573
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
ŞƏRH YAZ












