Tovuzda iki yol qəzası: xəsarət alanlar var

Tovuzda iki yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Yuxarı Öysüzlü kəndi ərazisində piyadavurma hadisəsi qeydə alınıb. "VAZ" markallı avtomobil yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Xankişi Məmmədovu vurub. O dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Kəllə beyin travması və sağ baldırın sınığı xəsarəti alan X. Məmmədovun vəziyyəti ağır qiymətləndirilir. Başqa bir yol nəqliyyat qəzası isə rayonun İbrahim Hacılı kəndinə gedən yolda qeydə alınıb. "VAZ 2107" ilə "QAZ 24" markalı avtomobilin toqquşması nəticəsində Şəmkir rayon sakini 1975-ci il təvəllüdlü Südabə Qasımova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hər iki fakt üzrə Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










