Tovuzda maşın divara çırpıldı - Xəsarət alanlar var - YENİLƏNİB

Qəzalar 29 Aprel 2026 10:23
Tovuzda maşın divara çırpıldı - Xəsarət alanlar var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Bunlar Şəmkir sakini 1976-cı il təvəllüdlü Vəliyeva Aynurə Adil qızı, Şuşa sakini 1983-cü il təvəllüdlü Mustafayev Tural Əli oğlu və Tovuz sakini 1998-ci il təvəllüdlü Nəzərov Elşən Nüsrət oğludur.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilib.

***09:24

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobil kəndin girişindəki divara çırpılıb.

Hadisə nəticəsində 43 yaşlı Tural Mustafayev, 28 yaşlı Elşən Nəzərov və 50 yaşlı Aynurə Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardım avtomobili vasitəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 148
ŞƏRH YAZ
Ad

E-mail

Şərh