Tovuzda maşın kanala aşdı, sürücü komaya düşdü

Tovuz rayonunda bu gün səhər saatlarında idarəetməni itirərək kanala aşan “Mercedes” markalı avtomobilin sürücüsü Namiq Bəşirov komaya düşüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində N.Bəşirov ağır kəllə-beyin travması alıb və ağciyəri deşilib. Tovuz rayon Mərkəzi Xəstəxanasına komatoz vəziyyətində çatdırılan sürücüyə ilkin tibbi yardım göstərilsə də, müalicələr effekt verməyib. Xəstə koma vəziyyətindən ayılmadığı üçün təcili yardım avtomobili ilə Gəncə Beynəlxalq Xəstəxanasına köçürülüb. Digər yaralı Emin Məmmədrzayevin isə vəziyyəti sabit ağır kimi qiymətləndirilir və o, Tovuz rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, sentyabrın 26-da səhər saatlarında Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək kanala aşıb. Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sürücü, rayonun İsmayıllı kənd sakini, 1984-cü il təvəllüdlü Bəşirov Namiq Tofiq oğlu və sərnişini, Qaraxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədrzayev Emin Allahverdi oğlu ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












