Tovuzda maşın su kanalına düşdü - Ölənlər var - FOTO

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında tapılan iki kişi meyiti aidiyyəti üzrə təhvil verilib.
Avtosfer.az xəbər verir ki, məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
"Nazirliyin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və avtomobilin idarəetmədən çıxaraq su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Səid Sakit oğlu Həziyevin meyiti və qəza nəticəsində su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Arzu Şahmar oğlu Musayevin meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda bildirilir.
***
Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında iki kişi meyiti aşkar edilib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, meyitlərdən biri VAZ-2107 markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan meyit avtomobildən çıxarılıb.
Avtomobildə olan şəxs Xatınlı kənd sakini Səid Sakit oğlu Həziyev, digəri isə Arzu Şahmar oğlu Müseyibovdur.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar, hadisənin baş vermə səbəbi araşdırılır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO














