Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

Tovuz rayonunda 1 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Qovlar şəhərində baş verib. "BMW" markalı avtomobillə "VAZ -2106"nın toqquşması nəticəsində, sərnişinlərdən biri - Tovuz rayon, Qovlar şəhər sakini, 1991-ci il təvəllüdlü Nuriyev Samir Sahib oğlu ağır xəsarət alıb və yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Qəza zamanı daha 2 nəfər yaralanıb. Onlardan biri - Qovlara toya gəlmiş 1991-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Əbdürrəhmanov Ceyhun Şahin oğludur. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır. Digər yaralı, "VAZ"ın sürücüsü, Aşağı Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov Ramil Vüqar oğludur. Əraziyə polis əməkdaşları cəlb olunub. Baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












