Tovuzda qəza olub, ölən və xəsarət alanlar var

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 1 nəfər xəstəxanaya aparılarkən yolda ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
***
Tovuzda qəza ölən və xəsarət alanların adları məlum olub. Məlumata görə, ölən şəxs 2006-cı il təvəllüdlü N.Rəhimovdur. Xəsarət alanlar isə 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdü A.Xanmirzəyevdir. Qeyd edək ki, hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobilinin qarşısına mal qara çıxıb. Bu zaman minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb. Faktla bağlı araşdırma aparılır.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












