Banner

Tovuzda sərnişin avtobusu avtomobillə toqquşdu - FOTO - YENİLƏNİB

Qəzalar 12 Yanvar 2026 12:18
Tovuzda sərnişin avtobusu avtomobillə toqquşdu - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuzda sərnişin avtobusu ilə minik maşının toqquşması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 11-də, saat 23:50-də Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1988-ci il təvəllüdlü (kişi) şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona bədənin müxtəlif nahiyələrinin sıyrılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir./oxu.az

***09:24

Tovuzda yol qəzası olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı sərnişin avtobusu ilə "VAZ 2106" toqquşub. Qəza zamanı "VAZ 2106"nın sürücüsü - 1988-ci il təvəllüdlü Zaur Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb. Qəzaya düşən sərnişin avtobusunun sərnişinləri başqa avtobusla yola salınıb. Hadisə zamanı sərnişin avtobusuna və minik maşınına ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Tovuzda sərnişin avtobusu avtomobillə toqquşdu, xəsarət alan var - FOTOLAR

Oxunub 386
ŞƏRH YAZ
Ad

E-mail

Şərh