Tovuzda "VAZ"la traktor toqquşdu - FOTO

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Tovuz - Böyük Qışlaq yolunun Quşcu kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-21099" markalı avtomobilin sürücüsü idarəetməni itirib və traktorla toqquşub. Nəticədə "VAZ-21099" yoldan çıxaraq aşıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
***
Tovuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub. 1992-ci il təvəllüdlü Rasim Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil traktorla toqquşub. İdarəetməni itirən sürücü avtomobili yol kənarına aşırıb. Nəticədə rayonun Əsrik Cırdaxan kənd sakinləri - sürücü 25 yaşlı R.Rüstəmov, sərnişinlər - 27 yaşlı Elnur Tağıyev, 49 yaşlı Şəhla Tağıyeva, 22 yaşlı Şamxal Tağızadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasından (RMX) qayıdarkən baş verib. Məlumata görə, bir neçə müddət öncə Ş.Tağızadənin ayağı sınıb. O, bir müddət Tovuz RMX-da müalicə olunub və ayağına gips qoyulub. Bu gün xəstəxanadan evə aparılarkən baş verən qəza nəticəsində Ş.Tağızadənin yenidən ayağı qırılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Fakt üzrə araşdırma aparılır.
"Report"
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
















