Toy dəvətnaməsi paylayan atanı maşın vurub öldürdü - DƏHŞƏT

Balakəndə övladının toy məclisinə dəvətnamə paylayan atanı maşın vurub öldürüb. Avtosfer.az xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, oktyabrın 25-i axşam saat 18:45 radələrində rayonun Qazma kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Hənəfi oğlu Muradov avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 53 yaşlı Hikmət Muradov xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb. Balakən rayon Polis Şöbəsindən bildirilib ki, hadisə rayonun Qazma kəndi ərazisində baş verib. Hikmət Muradov hələki adı və soyadı açıqlanmayan sürücünün idarə etdiyi xırda tutumlu “Ford” markalı yük maşını ilə vurulduğu bildirilir. Məlumatda o da bildirilir ki, Hikmət Muradovu maşın vuran zaman o, üç gün sonra toyu olacaq övladı üçün dəvətnamə paylayırmış.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












