Toy günü qəza törədən bəyə hökm oxundu

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Rəsulovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Zülfüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 21 sentyabr 2024-cü il tarixdə, saat 17:00-da Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən yolun 23-cü kilometrliyində qeydə alınıb.
Belə ki, Fərid Rəsulovun etibarnamə ilə idarə etdiyi "Ford Fusion" markalı avtomobil hərəkətdə olarkən VAZ-2106 markalı maşınla toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişin Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb. Həmçinin, qəza zamanı Fərid Rəsulov və onun avtomobilindəki sərnişinlər - Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıblar.
Cinayət materiallarında qeyd edilib ki, hadisə günü Fərid Rəsulovun toyu olacaqmış. O, həmin gün dostlarını Şərur rayonundakı "Anadolu" restoranından idarə etdiyi maşını ilə götürüb, şəhərə gəlini aparmağa gediblər. Sonra yolda qəza baş verib.
Lökbatanda qəza: “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
“Prius” aylardır davam edən təmir zonasındakı maneəyə çırpıldı - VİDEO
Dəhşətli qəzada ölən Elmirin FOTOsu
Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO
Aydında ağır qəza: İki ölü, bir yaralı
Ankarada dəhşətli qəza: Bir ölü, iki yaralı
Rusiyada avtobusla yük maşını toqquşdu: 11 nəfər yaralandı
19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO
Naxçıvanda "VAZ-2107" "KAMAZ"la toqquşub, xəsarət alanlar var - FOTO
Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü
Bilgəh yolunda avtomobil dəmir arakəsməyə çırpıldı, SÜRÜCÜ ÖLDÜ - VİDEO










