Toy karvanı qəzaya uğradı: 45 ölü, 24 yaralı

Madaqaskarda toy karvanı qəzaya uğrayıb. "Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib. Məlumata görə, hadisə Andjozorob şəhərində, paytaxt Antananarivdən 90 kilometr şimal-şərqdə baş verib. Belə ki, yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub. Onlardan 9-u uşaqlar, 27-i qadınlar, 9-u kişilərdir. Hadisə zamanı daha 24 nəfər xəsarət alıb. Andjozorob şəhər merinin sözlərinə görə, ölənlərin çoxu sudda boğulanlardır. Ölənlər toy karvanının sərnişinləridir. "Təxminən 70 nəfəri dasıyan avtomobil Mananar çayının üstündəki körpüdən aşıb" – deyə o bildirib.
Mer qeyd edib ki, bəylə gəlin də həmin avtomobilin içində olub. Qəza zamanı sürücü də həyatını itirib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












