Toy karvanında, DƏHŞƏTLİ QƏZADA ÖLƏN 26 yaşlı Cavidin FOTOsu

Xəbər verdiyimiz kimi, Göygöldə bir nəfərin ölümü, üç nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "BMW X5" ilə "VAZ 2106" markalı minik maşını toqquşub.
Hadisədən sonra "BMW X5" yoldan çıxaraq hasara, daha sonra isə ağaca çırpılıb.
Qəza zamanı "BMW X5"in sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb.
Həmin maşında olan sərnişin, 26 yaşlı Ruslan Rüstəmov, "VAZ 2106"da olanlar - 22 yaşlı Orucov İdris Rahib oğlu və 22 yaşlı Orucov Ələkbər Ələsdan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan Ruslan Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşən "BMW X5" toydan gəlirmiş.
Faktla bağlı araşdırma aparılır.
.jpg)
Neftçalada baş verən qəzada azyaşlı öldü, qardaşı yaralandı
Ağdaşda avtomobilin vurduğu piyada öldü
“Moped və motosikletlə oyuncaq kimi davrandıqları üçün qəzalar artır” - EKSPERT
Əks yola çıxan qadın sürücü qəza törədib şoka düşdü – 77-NB-851 - ANBAAN VİDEO
Babək prospektində yol qəzası olub
Gəncədə “Hyundai” və “Dacia” toqquşdu, iki nəfər yaralandı - VİDEO
Piyada keçidində sürəti azaltmayan sürücülər zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO
Sağ-sol edib kobud qayda pozan sürücü yolayrıcında qəzaya düşdü - VİDEO
Firma maşını ilə “hoqqa verən” sürücü qayda pozub qəzaya düşdü – Svetoforu əzdi - VİDEO
Kənar Dairəvi yolda zəncirvari QƏZA: Səkkiz avtomobil TOQQUŞDU - VİDEO
Lökbatanda 140 nömrəli marşrutun avtobusu "Prius"la toqquşdu - VİDEO











