Toy karvanında “sağ-sol” edən sürücü maşını otluğa saldı - ANBAAN VİDEO
Qəzalar
29 İyul 2024 17:30
Oxunub 270
Şəmkirdə toy karvanında qaydaları kobud şəkildə pozan sürücünün törətdiyi qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, sürücü görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Hərəkətdə olan “Mistsubishi Outlander” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, “şou” göstərən sürücü anidən idarəetməni itirərək maşını yaşıllıq sahəyə salıb. Şahidlərin iddiasına görə, qəzaya səbəb maşının sol təkərinin qırılması olub. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR