Toyda “avtoşluq” edib kanala düşən sürücüylə bağlı DİN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Qəzalar 30 İyul 2024 16:37 Oxunub 1382
Toyda “avtoşluq” edib  kanala düşən sürücüylə bağlı DİN-dən AÇIQLAMA   - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişlidə toy karvanında yol qəzası qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, 10-ES-688 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.

Şahidlərin iddiasına görə, qəzaya səbəb sürücünün yolda sərt manevr etməsi olub. Hadisə zamanı sürücü və sərnişin yüngül xəsarət alsa da, maşın yararsız vəziyyətə düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım və DYP əməkdaşları cəlb olunub. 

Qeyd edək ki, videoda görüntülənən sürücülərin növbəylə kobud qayda pozduqları iddia edilib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan yol-nəqliyyat hadisəsi cari ilin iyun ayının 14-də İmişli rayonunun Murğuzallı kəndi ərazisində baş verib. Rayonun Cahar kənd sakini M.Abdullayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil kanala aşıb. Hadisə nəticəsində avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılıb və qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh