Toya gedən maşın aşıb, 3 nəfər yaralanıb - FOTO

Günorta saatlarında Bakı-Quba yolunun 95-ci kilometrliyində ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə "Chery" markalı avtomobilin təkərinin qəflətən partlaması və maşının bir neçə dəfə fırlanaraq aşması nəticəsində qeydə alınıb. Qəza zamanı maşında olan sərnişinlər – 1967-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Xuraman Məmiş qızı, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Əkbərov Şahzadə Həsən oğlu və 1963-cü il təvəllüdlü bacısı Quliyeva Nəzakət Məmiş qızı "təcili yardım" maşını ilə Siyəzən Mərkəzi Diaqnostika Mərkəzinə gətirilib.
Yaralılara kürəyin və onurğanın küt travması diaqnozu qoyulub. Onların ümumi vəziyyətləri kafi olduğuna görə, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Avtomobilə ciddi ziyan dəyib. Onların Qubaya toy mərasimə getdikləri bildirilir.
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB

















