Toya gedirdilər, avtomobilləri kanala düşdü - Ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan iki bacı dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və onun bacısı, 2003-cü il təvəllüdlü Aynur Rüstəmova hadisə yerində ölüblər.
***19:18
Avtomobildə olan qadınlardan daha birinin cansız bədəni tapılıb. İlkin məlumata görə, qəza zamanı həlak olan hər iki şəxs bacı olub.
***18:33
Biləsuvarda ağır yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində olub.
Belə ki, hərəkətdə olan “Lexus” markalı minik avtomobili idarəetməni itirərək Mil-Muğan kanalına düşüb.
Məlumata görə, avtomobildə 6 qadından 1-i qəzada həlak olub, yaralılar var.
Bildirilir ki, xanım sürücü və sərnişinləri toya gedirmişlər.













