Toydan gələrkən qəzaya düşdü - FOTOLAR

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi “Ford” markalı 50-EZ-587 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn Xoruzlu kənd sakini Ağalarov Adəm Habil oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SU-373 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü A.Ağalarov toy məclisindən evə qayıdarkən qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.


“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












