Toydan qayıdanlar ağır qəzaya düşdülər: 22 nəfər yaralandı – FOTO

Türkiyənin Antalya şəhərində toydan qayıdan insanları daşıyan mikroavtobusun və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.
Avtosfer.az yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də gecə saatlarında şəhərin Muammer Aksoy küçəsi ilə Adnan Qəhvəçi küçəsinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, toydan qayıdan insanları daşıyan Ahmet E.-nin (48) idarə etdiyi 09-HJ-286 nömrə nişanlı mikroavtobus ilə Gökhan G.-nin idarə etdiyi 07-BON-549 nömrəli “Audi” markalı avtomobil toqquşub.
Zərbənin təsirindən mikroavtobusda olan sərnişinlər yola düşüblər.
Qəza nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar, 112 Təcili Tibbi Yardım qruplarının ilk müdaxiləsindən sonra ambulanslarla şəhərin müxtəlif hissələrində yerləşən xəstəxanalara aparılıblar.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev



Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












