Banner

“Toyota” əks yoldakı “VAZ”la toqquşdu, sürücülərdən biri xəstəxanalıq oldu - VİDEO

Qəzalar 4 İyun 2025 18:00 Oxunub 1208
“Toyota” əks yoldakı “VAZ”la toqquşdu, sürücülərdən biri xəstəxanalıq oldu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Köhnə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 205-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza iyunun 3-də saat 17:00 radələrində qeydə alınıb: “Belə ki, Lənkəran rayonu Talışlı kəndində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Vüsal Mirhaşim oğlunun idarə etdiyi 99-ZO-920 dövlət nömrə nişanlı “Toyota Camry” markalı maşınla Astara rayonu istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayan 1953-cü il təvəllüdlü Qasımov Beydulla Əliabbas oğlunun idarə etdiyi 90-VP-870 dövlət nömrə nişanlı  “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh