“Toyota” əks yoldakı “VAZ”la toqquşdu, sürücülərdən biri xəstəxanalıq oldu - VİDEO

Köhnə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 205-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza iyunun 3-də saat 17:00 radələrində qeydə alınıb: “Belə ki, Lənkəran rayonu Talışlı kəndində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Vüsal Mirhaşim oğlunun idarə etdiyi 99-ZO-920 dövlət nömrə nişanlı “Toyota Camry” markalı maşınla Astara rayonu istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayan 1953-cü il təvəllüdlü Qasımov Beydulla Əliabbas oğlunun idarə etdiyi 90-VP-870 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var












