“Toyota” Heydər Əliyev prospektində dirəklərə çırpıldı - FOTOLAR

Bakıda baş verən qəza zamanı sürücü ağır xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Report-a verilən məlumata görə,Nərimanov rayonunda ağır yol qəzası baş verib. Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən "Toyota" markalı avtomobilin sürücüsü 25 yaşlı Kamran Nəcəfov idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəklərinə çırpılaraq dayanıb. Sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi avadanlığın köməyi ilə sürücünü maşından çıxarıblar. Ağır xəsarətlər alan Kamran Nəcəfov xəstəxanaya çatdırılıb.
Polisdən verilən məlumata görə, qəzaya ilkin səbəb kimi yüksək sürət və yolun yaş olması göstərilir.
Faktla əlaqədar araşdırmalara başlanılıb.


Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












