Banner

“Toyota” və “Land Rover” toqquşdu: Sıxılı vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Qəzalar 14 Mart 2022 12:49 Oxunub 1080
“Toyota” və “Land Rover” toqquşdu:  Sıxılı vəziyyətdə qalan şəxs xilas edildi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və bir avtomobil qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 9 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda “Toyota” və “Land Rover” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1939-cu il təvəllüdlü Musayev Arif Sadıx oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh