Traktor maşına çırpıldı: ÖLƏNLƏR var - Biri 2 yaşlı uşaqdır - FOTO

Tərtərdə ağır yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 22 radələrində Hümbətli kəndində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi “Belarus 82” markalı traktorla Ədalət Həsənəliyevin idarə etdiyi “VAZ 2101” markalı avtomobil toqquşub. Nəticədə sonuncuda olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.
Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra traktorun sürücüsü Xəqani Aydınov hadisə yerindən qaçıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











