Traktorla yük maşını toqquşub - Qubada

Gecə saatlarında Bakı-Quba yolunun Paşaoba kəndi ərazisində yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Şimal bürosu xəbər verir ki, hadisə yolun qaranlıq olması səbəbindən baş verib.
Qəza zamanı Paşaoba kənd sakini, 1980-ci il təvəllüdlü İsgəndərov Gülayəddin Ağarəhim oğlunun idarə etdiyi traktorla "Kamaz" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində traktorun sürücüsü xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəyə döş qəfəsinin əzilməsi, sağ qulaq seyvanın əzilmiş-cırılmış yaraları, bədənin çox saylı sıyrıntıları diaqnozu qoyulub.
Hadisə şahidlərinin sözlərinə görə, naməlum "Kamaz" sürücüsü xəsarət almayıb.
Faktla bağlı Quba Rayon Polis şöbəsində araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












