Banner

Bakıda qadın sürücü dəhşətli qəza törətdi: Maşın fırlanıb betona çırpıldı - VİDEO

Qəzalar 11 Dekabr 2025 12:00 Oxunub 372
Bakıda qadın sürücü dəhşətli qəza törətdi: Maşın fırlanıb betona çırpıldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Ziya Bünyadov prospektində tuneldə baş vermiş yol qəzası avtomobilin kamerasına düşüb.

Bakıda icarəyə götürdüyü maşınla kobud qayda pozan sürücü qəza törətdi - ANBAAN VİDEO

Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 11-də saat 06:52 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, tuneldə hərəkətdə olan “Hyundai” markalı avtomobil qəfil zolağından çıxaraq idarəetməni itirir. Nəticədə maşın dönərək əks istiqamətə fırlanır və beton arakəsməyə çırpılır.

İlkin ehtimallara görə, qəzaya sürücünün avtomobil üzərində nəzarəti itirməsi səbəb olub. Hadisə zamanı avtomobilə ciddi maddi ziyan dəyib, sürücü isə bədən xəsarətləri alıb. Xoşbəxtlikdən digər nəqliyyat vasitələrinə maddi ziyan dəyməyib. 

Məlumata görə, avtomobili idarə edən şəxs qadın sürücü olub.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh