Turist avtobusu aşdı: 3 ölü, 20 yaralı

Leninqrad vilayətinin Vıborq rayonunda Peterburqdan Finlandiya istiqamətində hərəkət edən turist avtobusu aşıb. İlkin məlumata görə, üç nəfər ölüb, 20 nəfər isə yaralanıb. Qəzaya mümkün səbəb kimi sürüşkən yol göstərilib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza “Skandinaviya” avtomobil yolunun 16-cı km-də saat 08:55 (Bakı vaxtı ilə 09:55) baş verib, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. “Avtobusda 31 sərnişin olub. Qəza nəticəsində üç nəfər ölüb, 11 nəfər xəsarət alıb”, - agentliyin həmsöhbəti bildirib. Regional DYHTİ-nin (Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İnspektorluğu) mətbuat xidmətinin məlumatında avtobusda 32 nəfərin olduğu bildirilib.
“İlkin məlumata görə, qəza nəticəsində üç nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”, - DYKTİ-dən bildirilib. “İnterfaks”ın xüsusi xidmətlərdə olan mənbəyi avtobusda olan sərnişinlərin hamısının Rusiya vətəndaşı olduğunu dəqiqləşdirib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












