Türkanda ağır qəza: Xəsarət alanlar var - VİDEO

Bakıda, Xəzər rayonunun Türkan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün qəsəbə ərazisində qeydə alınıb.
Dönmə əməliyyatını düzgün etməyən sürücü digər nəqliyyat vasitəsinin qarşısına çıxıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə ötən gün saat 13:30-da Türkan qəsəbəsində qeydə alınıb.
"Qəsəbə ərazisində hərəkətdə olan 10-SB- 970 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə 23-BG-512 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil toqquşub.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə üç nəfər, VAZ-2106-nın sürücü və iki sərnişini xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır", - deyə T. Nəsirli bildirib.
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO












