Türkiyə vətəndaşı qəza törətdi: 1 ölü, 4 yaralı - Kürdəmirdə

Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün rayonun Atakişili kəndində Türkiyə vətəndaşı Seyfəddin Oksunun idarə etdiyi "Volva" markalı yük maşını 1958-ci il təvəllüdlü Vahid Tofiq oğlu Mehdiyevin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub. Nəticədə minik maşınında olan sərnişin, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Qətibə Mehbalı qızı Mehdiyeva hadisə yerində ölüb. Sürücü V. Mehdiyev və digər sərnişinlər - Bakı şəhər sakinləri, 1984-cü il təvəllüdlü Elza Vahid qızı Qədirzadə, 2004-cü il təvəllüdlü Züleyxa Əbülfəz qızı Qədirzadə və 2002-ci il təvəllüdlü Abbas Əbülfəz oğlu Qədirzadə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












