Türkiyə vətəndaşları Bakıda qəzaya düşdü, yaralı var-FOTO

Bakının Səbail rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza “Azneft” dairəsində qeydə alınıb. Dairədən Niyazi küçəsi istiqamətində hərəkət edən “Honda” markalı avtomobil Neftçilər prospekti ilə hərəkətdə olan VAZ-2104 markalı avtomobilə çırpılıb. Qəza nəticəsində VAZ-2104-ün sürücüsü Nazim Zülfüqarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerində yol polisi əməkdaşları olublar, müayinələr aparılıb. İlkin ehtimala görə, “Honda” markalı avtomobilin sürücüsü dairəvi hərəkət qaydalarını pozub və nəticədə qəzaya səbəb olub. Qaydanı pozan sürücü sərxoşluğun müəyyən edilməsi məqsədilə tibbi müayinəyə aparılıb. Faktla bağlı araşdırmalar davam etidirilir.
Qeyd edək ki, “Honda” Bakıda fəaliyyət göstərən Türkiyə şirkətlərindən birinə məxsusdur. Avtomobilin sürücüsü və sərnişinləri Türkiyə vətəndaşları olublar. Xarici ölkə vətəndaşları arasında xəsarət alan olmayıb.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO












