Türkiyədə ağır yol qəzasında 3 azərbaycanlı ölüb - SİYAHI

Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu Sərhəd Keçid məntəqəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. İğdırdan Naxçıvana gələn Azərbaycan nömrə nişanlı avtomobil idaretməni itirilməsi nəticəsində yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə çevrilib. Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev "Report"a bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər. Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib.Onun sözlərinə görə, qəza zamanı Vera Orucova və Mayil Maxsuyev isə ağır yaralanıblar. Azərbaycanın konsulluğu yaralıların vəziyyəti ilə mütəmadi maraqlandıqlarını bildirib. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdirilib.
Orxan
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












