Türkiyədə avtobus zəncirvari qəzaya səbəb oldu: Yaralılar var - VİDEO
Qəzalar
6 Sentyabr 2022 18:09
Oxunub 708

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan avtomobillərlə toqquşub.
Avtobusun nömrəsi və sürücüsünün şəxsiyyəti barədə hələ ki dəqiq məlumat verilmir.
Arxadan gələn nəqliyyat vasitələri də avtobusa çırpılıb və nəticədə 7 avtomobil zərər görüb. Qəza yerinə yanğınsöndürənlər və təcili yardım əməkdaşları cəlb edilib.
İlkin məlumata görə, qəza nəticəsində 14 nəfər xəsarət alıb. Yaralılar bölgədəki xəstəxanalara aparılıb.
oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













