Türkiyədə F-16 qəzaya uğradı - Pilot şəhid oldu - FOTO - YENİLƏNİB

Qəzalar 25 Fevral 2026 10:18
Türkiyədə F-16 qəzaya uğradı - Pilot şəhid oldu   - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Balıkesir bölgəsində qəzaya uğrayan "F-16" qırıcı təyyarəsində ölən pilotun kimliyi məlum olub.

Avtosfer.az "Haber Global"a istinadən xəbər verir ki, həlak olan hərbçi Türkiyə Hərbi Hava Qüvvələrinin zabiti İbrahim Bolatdır.

Türkiyədə qəzaya uğrayan F-16da həlak olan pilotun kimliyi müəyyənləşdi - FOTOSU

***09:24
Türkiyənin Balıkesir şəhərində 9-cu Əsas Qırıcı Aviasiya Bazası Komandanlığına məxsus F-16 təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb.

Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində pilot şəhid olub.

Balıkesir valisi İsmayıl Ustaoğlu sosial media hesabında bildirib ki, təyyarə təxminən saat 00:50 radələrində qəzaya uğrayıb.

“Pilotlarımızdan biri şəhid olub. Şəhidimizə və ailəsinə başsağlığı verirəm. Millətimizin başı sağ olsun”, – deyə vali qeyd edib.

Milli Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, saat 00:56-da havaya qalxan F-16 təyyarələrindən biri ilə radio əlaqəsi və izləmə məlumatları itib. Dərhal başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və qalıqları tapılıb.

Nazirlik pilotun şəhid olduğunu təsdiqləyib və qeyd edib ki, qəzanın səbəbi qəza araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalardan sonra müəyyən ediləcək.

Oxunub : 154
ŞƏRH YAZ
Ad

E-mail

Şərh