Türkiyədən gələn yük maşınları Qaxda qəzaya uğradı, yaralılar var - FOTO

Qaxda iki yük maşını toqquşub. Avtosfer.az report-a istinadən bildirir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralının 96 kilometrliyində, Qax rayonunun Qorağan kəndi ərazisində qeydə alınıb. Belə ki, Bakı istiqamətində hərəkətdə olan Türkiyə vətəndaşı, 1965-ci il təvəllüdlü Məhəmməd Kaynarın idarə etdiyi 53-K-40-60 dövlət qeydiyyatı nömrə nişanlı "MAN" markalı yük avtomobili onunla eyni istiqamətində hərəkətdə olan 1975-ci il təvəllüdlü Kaya Çalışkanın idarə etdiyi 76-DS-713 dövlət qeydiyyatı nömrə nişanlı "Mercedes" markalı yük avtomobilini arxadan vurub.
Nəticədə M.Kaynar aldığı müxtəlif növ bədən xəsəratləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qarın boşluğunda qanaxma olan sürücü dərhal əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO

















