Türkiyəyə sərnişin daşıyan azərbaycanlı sürücü öldürüldü - FOTO

Naxçıvan Muxtar Respublikasından Türkiyənin İğdır vilayətinə sərnişin daşıyan azərbaycanlı sürücü Asif İmanov qətlə yetirilib. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, sonuncu dəfə İğdıra gedib orada martın 30-dan yoxa çıxan sürücünü Ziyafət Əliyev adlı şəxsin öldürüb su kanalına atdığı ortaya çıxıb.
Olayla bağlı Naxçıvanda davam edən istintaq zamanı saxlanılan Ziyafət Əliyev bildirib ki, cəsədi Bayraqtutan kəndindəki kanala atıb. Z.Əliyevin polisə verdiyi ifadədən sonra jandarm adı çəkilən kənddəki kanal boyunca və yaxınlıqda Türkiyə-Ermənistan sərhədindəki Araz çayında cəsədin axtarışına başlayıb. Axtarış zamanı mərhumun paltarı və mobil telefonu tapılsa da, cəsədin Araz çayında dalğıcların köməyi ilə axtarıldığı bildirilir.
Azərbaycan əsilli, 28 yaşlı Ziyafət Əliyev Naxçıvanda polisə verdiyi ifadədə bildirib ki, Asif İmanov pul qarşılığında 30 mart günü onu İğdırdan Bayraqtutan kəndinə aparıb. Burada sürücünü bıçaqlayaraq öldürən Z.Əliyev onu kanala atmazdan əvvəl üstündəki pulları götürüb və elə onun avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Manisanın Akhisar qəsəbəsinə gedən Z.Əliyev orada iki gün dostunun evində qalıb. Daha sonra mərhumun avtomobilini yolun kənarında qoyub və İstanbula gedib. Oradan isə təyyarə ilə Naxçıvana uçub. Daha sonra Asif İmanovla bağlı başlayan istintaq zamanı saxlanılıb.

Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












