Üç avtomobil toqquşdu: yaralanan qadın sürücü ölüb – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) mayın 31-də Bakıda, Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, məlumatda bildirilib ki, mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi "Toyota" markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi "Hyundai" və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı avtomobillərlə toqquşub. Nəticədə A.Quliyeva, Ş.Ələsgərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, xanım sürücü orada ölüb. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
ilk xəbər 31 may, saat 18:19-da dərc olunub
Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var. Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Heydər Əliyev prospektində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı “Lexus” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə hərəkət edən “Volkswagen” markalı avtomobilə çırpılıb. Sonuncu avtomobil yolun əks tərəfi ilə hərəkət edən “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Şahidlərin dediyinə görə, hadisədən sonra sürücülər arasında əlbəyaxa dava olub. Nəticədə 26 yaşlı Hüseynov Turab Mehdi oğlu döyülüb. Yaralıların hamısı xəstəxanalara yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO











