Üç avtomobil toqquşub - Göyçayda

Göyçayda avtomobil qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçayın Potu kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 1979-cu il təvəllüdlü Həşimov Səbuhi Robil oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən qarşında hərəkətdə olan, 1978-ci il təvəllüdlü Sadıqov Vüqar Ağahəsən oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə, sonra isə 1980-ci il təvəllüdlü Veysəlov Eldəniz Şuşin oğlunun idarə etdiyi “VAZ 2109” markalı minik avtomobilinə vurub.
Qəza nəticəsində hər üç avtomobilin sürücüsü yüngül xəsarət alıb. Hadisə yerinə gələn Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası onlara ilkin tibbi yardım göstərib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO












