Üç avtomobil yolun kənarına aşdı - Kürdəmirdə

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində, Kürdəmir rayonun Qarabucaq kəndindən keçən hissəsində Şirvan rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Nazim oğlu Abdullayevin idarə etdiyi "Mitsubishi" markalı maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Şəki rayon sakini, 1963-ci il təvəllüdlü Təmraz Taleh oğlu Sadıqovun idarə etdiyi "VAZ-21014" markalı avtomobili yolda saxlaraq, E. Abdullayevə yardım etmək istəyib. Bu zaman Ağstafa rayon sakini, 1972-ci il təvəllüdlü Kamil Firudin oğlu Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı minik maşını "VAZ-20014"' çırpılıb. Zərbənin gücündən hər iki maşın yoldan çıxaraq aşıb. Nəticədə "VAZ-2106"-nın sürücüsü və sərnişini Məhluqə Nağıyeva aldıqları xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisini İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












