Üç "Ferrari" toqquşdu - maşınlara ciddi ziyan dəydi - VİDEO
Qəzalar
10 İyun 2021 17:10
Oxunub 2666

Ötən bazar günü Filadefiyada 3 «Ferrari» toqquşub. Qəzanın videosu youtube-də yayılıb.
Avtosfer.az xəbər verir ki, qəza törədən avtomobillər CF Charities-in ev sahibliyi etdiyi «Supercar Show»-da nümayiş olunmaq üçün dəvət edilib. «Ferrari»lər rahat sürətlənə bilsin deyə yol polislər tərəfindən bağlanılıb.
Lakin «Ferrari» 488 GTB sürücüsü idarəetməni itirdiyi üçün bir anda qəza baş verir. Avtomobil qırmızı rəngli digər «Ferrari» 488 Pista-ya çırpılıb və daha sonra qara «Ferrai» 458 ilə toqquşub.
Nəticədə hər üç avtomobilə ciddi ziyan dəyib.
Aysel
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













