Üç maşın toqquşdu: 6 nəfər yaralandı – YENİLƏNİB

10:59
Şamaxıda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, ötən gecə saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində 02-BN-213 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili qarşı tərəfdən gələn 90-GL-244 dövlət nömrə nişanlı, "Mercedes"lə toqquşub. Zərbənin təsirindən avtomobillər yolla hərəkət edən 99-HC-092 dövlət nömrə nişanlı başqa "Mercedes"ə çırpılıb. Hadisə zamanı Şamaxı və Göyçay sakinləri olan 1960-cı il təvəllüdlü Səmədov Əliağa Əlihəbib oğlu, 2001-ci il təvəllüdlü İlyasova Şəlalə Elşən qızı, 1965-ci il təvəllüdlü Qürbətova Qızxanım Təvəkkül qızı, 1962-ci il təvəllüdlü Məmmədova Xalidə Dadaş qızı, 1961-ci il təvəllüdlü Zərbəliyev Novruz Təvəkkül oğlu, 1972-ci il təvəllüdlü Zərbəliyeva Mirvari Təvəkkül qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rRayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
----------
10:25
Avtosfer.az "kanals"-ə istinadən xəbər verir ki, dünən axşam saatlarnda Bakı-Şamaxı-Yevlax yolunun 124-cü kilometrliyində ağır yol qəzası olub. "Mercedes" markalı 90 GL 244 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək yolun əks istiqamətində hərəkətdə olan "Mercedes" markalı 02 BN 213 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə Göycay sakini, 1962-ci il təvəllüdlü Məmmədova Xalidə Dadaş qızı, Şamaxı sakinləri, 1962-ci il təvəllüdlü Quliyev Novruz Təvəkkül oğlu, 1972-ci il təvəllüdlü Zərbaliyeva Mirvari Təvəkkül qızı, 1965-ci il təvəllüdlü Qurbanova Qızxanım Təvəkkül qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər. Vəziyyətləri orta ağır qiymətləndirilir. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil yolun hərəkət hissəsində heç bir xatırladıcı nişan qoyulmadan qazılmış kanalizasiya quyusuna düşərək idarəetmədən çıxıb. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırma aparılır.
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO










