Üç nəfəri maşın vuraraq öldürüb

Üç nəfəri maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 4-də saat 6 radələrində Səbail rayonunun Badamdar şossesində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azər Davidov vurulub və nəticədə o, hadisə yerində ölüb.
Elə həmin gün saat 22 radələrində Xaçmaz rayonunun Xudat şəhərində Qusarçay kənd sakini Şakir Orucov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Bəhruz Qafarovu vuraraq öldürüb.
Bundan başqa, Abşeron rayonunun Xırdalan şəhərində Masazır qəsəbə sakini Sənan Lətifov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Qazax rayon sakini Rövşən Xaşalovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Hər üç faktla balı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












