Üç nəfərin ölümünə səbəb olan sürücüyə bu cəza verildi - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən 69 yaşlı Vaqif Məmmədova hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə ona 6 il 6 ay həbs cəzası verilib. Məhkəmə zalında qandallanan sürücünün nəqliyyat vasitəsi idarə etmək hüququ da 4 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən V.Məmmədovun 5 il sürücülük hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum olmasını tələb etmişdi.
Zərərçəkənlərin hüquqi varisləri isə Vaqif Məmmədovun daha ağır cəzaya məhkum olunmasını istəmişdi.
Qeyd edək ki, hadisə yağışlı hava şəraitində Böyükşor gölünün üzərindən keçən yolda baş vermişdi və qəza anbaan lentə alınmışdı. Belə ki, V.Məmmədov idarə etdiyi “AZ-İnşaat” MMC-yə məxsus olan “Mercedes Axor” markalı yük avtomobilini yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozaraq, əks tərəfdən gələn “Wolksvagen” markalı maşınla toqquşub. Nəticədə, sürücü Nəriman Gülməmmədov və sərnişinlər - Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanada dünyalarını dəyişiblər.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












