Banner

Ucarda ağır qəza səbəbindən xəsarət alan 11 nəfərin SON VƏZİYYƏTİ

Qəzalar 24 İyul 2025 11:23 Oxunub 1238
Ucarda ağır qəza səbəbindən xəsarət alan 11 nəfərin SON VƏZİYYƏTİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 23-də Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

"İlkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

 Xatırladaq ki, iyulun 23-ü, axşam saatlarında Bakı-Qazax magistralının Ucar rayonu ərazisindən keçən hissəsində "Mercedes Sprinter" markalı avtomobillə "Mercedes Vito" toqquşub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh