Banner

Ucarda avtoqəza zamanı 4 nəfər xəsarət alıb  - FOTO - VİDEO

Qəzalar 23 İyul 2021 12:50 Oxunub 1128
Ucarda avtoqəza zamanı 4 nəfər xəsarət alıb   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ucarda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Nəticədə Göyçay rayon sakinləri - 1997-ci il təvəllüdlü Rəsul Kamal oğlu Məmmədli, 1994-ci il təvəllüdlü Elgün Şakir oğlu Qasımov, 1960-cı il təvəllüdlü Şahin Əlihüseyn oğlu Qasımov və 1987-ci il təvəllüdlü Fariz Şahin oğlu Qasımov müxtəlif xəsarətlər alıblar. Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh