Ucarda iki avtomobil toqquşdu: 3 yaralı – FOTO

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Lək kənd sakini 1968-ci il təvəllüdlü Ətraf Ağarəhim oğlu Tağıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə həmin rayonun Qazyan kənd sakini 1985-ci il təvəllüdlü Daşqın Həsən oğlu Həmidov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili toqquşub. Nəticədə hər iki sürücü və “VAZ 2107” markalı maşında olan sərnişin, sürücünün həmkəndlisi olan 1991-ci il təvəllüdlü Elnur Bilal oğlu Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, hadisəyə səbəb “VAZ 2107” markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsidir.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ















