Ucarda "Man"la "Shaqman" toqquşdu: yaralı var

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun "dörd-yol" adlanan hissəsində qeydə alınıb. Ucar rayon sakini, 1974-ci il təvəllüdlü Çingiz Nizami oğlu Hacıyevin idarə etdiyi "Man" markalı yük maşını ilə, Göyçay rayon sakini Şahin İsrafil oğlu Quluyevin idarə etdiyi "Shaqman" markalı maşın toqquşub. Nəticədə, "Man"-nın sürücüsü Ç. Hacıyev aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırılır.
Qeyd edək ki, adıçəkilən ərazidə tez-tez xırda yol -nəqliyyat hadisələri baş verir. Sürücülər qəzalara əsas səbəbin ərazidə kifayət qədər yol ötürücü nişanlarının olmamasını göstərirlər.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












